Papravənd yaman yadıma düşür
Papravənd deyəndə yadıma düşür
Kəndimin şəfalı kəhriz suları
Sal daşlı, qayalı güneyli dağlar
O, yaşıl talalı Göyəmli dağı
Quzey tərəfində yaşıldı bağlar
Çaşır göbələkli yamaclı dağlar
Papravənd deyəndə gözlərim dolur
Üzüm hey gülsədə ürək qan ağlar
İyirmi dörd ildir ki, kəndimiz yoxdur
Yurdumuz, yuvamız, elimiz yoxdur
Bizdən soruşanda ünvanımızı
Söyləyə bilmirik çünki o, yoxdur
Ünvansız yaşamaq çətindir-çətin
Ağdamlılar çəkir yurdun həsrətin
Bərdədən-Ağdama gedən bir yol var
Dörd yoldan baxanda görünür kəndim
Papravənd yaman yadıma düşür
Papravənd deyəndə yadıma düşür
Kəndimin şəfalı kəhriz suları
Sal daşlı, qayalı güneyli dağlar
O, yaşıl talalı Göyəmli dağı
Quzey tərəfində yaşıldı bağlar
Çaşır göbələkli yamaclı dağlar
Papravənd deyəndə gözlərim dolur
Üzüm hey gülsədə ürək qan ağlar
İyirmi dörd ildir ki, kəndimiz yoxdur
Yurdumuz, yuvamız, elimiz yoxdur
Bizdən soruşanda ünvanımızı
Söyləyə bilmirik çünki o, yoxdur
Ünvansız yaşamaq çətindir-çətin
Ağdamlılar çəkir yurdun həsrətin
Bərdədən-Ağdama gedən bir yol var
Dörd yoldan baxanda görünür kəndim