Предыдущая публикация
Onu hər nadan,naşı anlamaz.
Hər yetən gədədən,axmaqdan bilin,
İnsana vəfalı,sadiq dost olmaz.
Biri süfrə dostu,bir can dostu
Biri gərək dostu,biri qan dostu
Kimə gərəkdir ki, şöhrət- şan dostu
İndi ürək dostu yoxdu, tapılmaz.
Abır yoxa çıxıb,həyasa yoxdur
Çoxlarının indi həyası yoxdur,
Bəzilərinin halal mayası yoxdur
Kişiynən qadının dostluğu olmaz.
Sevgiyə çevrilir dostluqlar nədən?
İki can birləşib olur tək bədən,
Bir dişi aslandan erkəklik güdən
Alçaqda, nadanda şərəf tapılmaz.
Seymur neyləyirsən fikir eyləyib,
Bunu səndən qabaq de kim söyləyib?!
Bunu ta qədimdən babalar deyib.
Zatı qırıq olanın həyası olmaz...
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев