Информация Seymur доступна только авторизованным пользователям.

Все заметки

Фид
523545612737
19 янв

Balalarım düşüb yadıma

Beş gündürki üzlərini görmürəm, Uşaqlarım yaman düşüb yadıma. Beş gündürki qoxusunu almıram, Uşaqlarım yaman düşüb yadıma. Ayrılığa dözənmirəm nə edim? Yol uzaqdı gedənmirəm nə edim? Öz halımı güdənmirəm nə edim? Uşaqlarım yaman düşüb yadıma. Belə bir hal mənim üçün dəm gəlir, Gözüm dolur,gözlərimə nəm gəlir Balalarım mənə yaman şən gəlir. Uşaqlarım yaman düşüb yadıma. Bu Allahın sınağıdır deyirəm, Mənə olan marağıdır deyirəm. Zirvəlinin sorağıdır deyirm. Uşaqlarım yaman düşüb yadıma. 19.01.2024.
Фид
523545612737
19 янв

Olağın

Eləki gəldi yetişdi vaxtı, vədə Ola bilməzki dirəşib sağ qalağın. Qarnımızçün etmərik şikayət biz, Qədrimizçün yaşayıb,var olağın. Demirəm sərvətim olsun nə qədər, Demirəm ömür keçə boş və hədər, Üzməsin yaxşıları qüssə, kədər Deyirəm biraz keyfi cağ olağın. Çəkməsin həyat bizi imtahana. Düşməyək nə şərə,nədə böhtana Sözü düz, qanı təmiz bir insana Dünyada biz gərək dəstək olağın. Olmasın bir kimsənin üzündə qəm, Nə ürəkdə kədər olsun,nə gözdə nəm Yaşasın ömrünü şadiman, xürrəm Belə yaşamağa səhman olağın. Seymuram həyatda üzüm gülmədi, Çoxları çoxunun qədrin bilmədi. Nəfəs' birdə gördün getdi gəlmədi. Bunları anlayıb, insan olağın. 19.01.2024.
Фид
523545612737
30 июл 2022
Воспоминание о событии 4 года назад