İnsan qocalanda başlayır sınaq,
Görməyir gözləri, eşitmir qulaq
Taqətdən düşübdü yerimir ayaq.
Sözünə baxmayır diz qocalanda.
Can əyilir dada yetmir pulunda,
Nə əldə güc olur, nədə taqət qolunda
Vəfa yoxdu cavanlığın yolunda.
Dada yetə vəfa, biz qocalanda.
Saçlara dən düşür, üzünü qırış
Həqiqət olanla daima barış.
Düzsənsə, düz qalmağada çalış
Nurlu olur onda üz qocalanda.