Şah vəzirinə dedi: Sənə 3 sual verəcəm, sabah cavabını desən vəzifəndə qalacaqsan, yoxsa kənarlaşdırılacaqsan.
1- ci sual: Allah nə yeyir?
2- ci sual: Allah nə örtür?
3- cü sual: Allah nə edir?
Vəzir cavabları bilmədiyindən narahat idi.
Onun zirəng və ağıllı bir qulu var idi. Quluna dedi: Şah 3 sual soruşub cavabını verməsəm vəzifədən kənarlaşdırılacam: Allah nə yeyir? Allah nə örtür? Allah nə edir?
Qul dedi: Hər üçünü bilirəm amma ikisini indi və üçüncünü sabah deyəcəm.
O ki, qaldı Allah nə yeyir- Allah bəndələrinin qəm-qüssəsini yeyir
O ki, qaldı nə örtür Allah bəndələrinin eyblərini örtür.
Üçüncünün cavabını isə icazə verin sabah deyim.
Səhəri gün vəzir və qulu şahın hüzuruna getdilər.