Düzü mən onu tanımıram və tanımağı da lazım bilmirəm. Çünki o mənim üçün maraqlı deyil həm də mənim ölkəmin şəhidi deyil. O İran dövlətinin hakimiyyəti üçün qiymətli ola bilər. Amma İranın sadə xalqı üçün qiymətsiz olduğunu orada keçirilən aksiya zamanı bizim naşıların İslam şəhidi kimi yas tutduğu Qasım Süleymaninin şəkillərinin necə yandırılıb, cırılıb tapdağ altında qaldığını gördüm you tube tv kanallarında. Onda bizim İslamın şəhidi kimi yas tutduqları Qasım Süleymani bizim azərbaycanlılar üçün niyə belə qiymətli olduğunu soruşmaq istəyirəm. Sizin o İslam şəhidi adlandırıb yas tutduğunuz Qasım Süleymaninin İslam yolunda hansı xeyirxah hərəkətləri olub? Deyə bilərsinizmi? Deyə bilməzsiniz heç vaxt. Bizim Mübariz Ibrahimov kimi 100 minlərlə qəhrəmanımız həlak olub. Onlara bu vaxta qədər vətən şəhidi kimi yas tutmusunuzmu? Çox inamla deyə bilərəm ki tutmamısınız. Bu həqiqətdir. Elə bizim üçün əsl İslam şəhidi onlardır. Çünki onlar vətən üçün canlarını verdilər. Ay yalançı dildə İslam deyənlər siz əsl İslamın nə olduğunu bilirsinizmi? Əsl İslamı dərk edən Allahın əmr etdiyi yolu gedir. Gəlin görək biz o yolu gedirikmi? Biz Allahın əmr etdiyi yolu nəinki getmirik heç o yola yaxın da deyilik. O yoldan çox uzağıq. Biz nə vaxt Allahın əmr etdiyi və bizə işıqlı göstərdiyi yolu gedə bilsək onda əsl İslamın necə olduğunu çox yaxşı dərk edib hansısa tanımadığımız tamam yad, İslamdan tamam uzaq birisini İslam şəhidi kimi qəbul edib ona yas tutmarıq özü də özümüzün gözümüzün qabağında vətən üçün, düzgünlük yolunda canını qıymayıb şəhid olan qəhrəmanlarımız ola ola. Gör kimləri biz İslam şəhidi kimi qəbul edib onlara yas saxlayırıq. Azərbaycanlıları və türkləri düşmən kimi tanıyan ermənilərin yanında olub onları müdafiə edən, müsəlmanları bir birinə qırdıran birisinə İslam şəhidi adı ilə yas tutan bizim bu naşı azərbaycanlılar. Bəyəm Allahın cəzasından qorxmursunuzmu heç? Mən bunu buraxıram sizin öhdənizə. Qalanını Uca Allah bilər.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев