. Yuxusuz gecəmin şeirləri: 12.04.2024; saat 2.20 – 4.00 7. Dumanlarda yolu azıb Keçən mənəm, keçən mənəm. Buluddan şimşək tək sızıb Uçan mənəm, uçan mənəm. Bir ömürün qovğasını Təkcə, tənha daşımışam. Necə bacarsam, vicdanla Sədaqətlə yaşamışam. Arzum, diləyim saf olub, Çalışmışam yaxşılığa. Hərdən günüm əzab olub Alışmışam yaxşılığa. Amalım, sözüm durudu, Ürəyim təmiz olmuşam. Ay Allah, özün kömək ol, Yanında əziz olmuşam. Qıymamısan qaralanam, Əhdim - sözüm düz olubdu. Qoymasısan paralanam - Yanda oğul - qız olubdu. Bir az candan üzüyəmsə, Həyanım sən, köməyim sən Bu dunyanın düzüyəmsə, Tək sən mənim köməyimsən. 8. Qatar – qatar, sini - sini Düzüb illər məcmisini. Ürək cava
. Yuxusuz gecəmin şeirləri: 12.04.2024; saat 2.20 – 4.00 5. Bahar - bahar arzuların Sonu yoxmuş, sonu yoxmuş. Ürəkdəki hər diləyin Səsi, sözü - ünü çoxmuş. Getmədiyim yollarım var, Görmədiyim meşələrim. Çəkmədiyim ətirlərim, Sormadığım rişələrim. Lalələrin bağrıdı qan, İstəyirəm öpəm, doyam. Səhər şehi cana dərman - Başımı sinənə qoyam. A yurdumun asimanı, De, sənə yollarım hanı? Apar məni vətənimə Bəlkə bir dincələ canım. 6. Yenə durdum geçə yarı, Ömür oldu necə yarı. Ay ömrün axar suları, Məhəbbətim harda qaldı? Apardı illər ömürü, Döydu günlər tək dəmiri. Ağı da vardı, amma çox Oldu ağından kömürü. Hissə - hussə, bölüm - bölüm Dərdimi kiminlə bölüm. Ha dedim, elinlə sürü