Beş gün...
on gün...
ömür bitir beləcə... Ay qubarım,
intizarım, hardasan? Xatirələr
solur, itir beləcə... Ey gizlinim,
aşikarım, hardasan? Bahar gəldi,
mənim üzüm gülmədi, Kimsə
qüssə-kədərimi bilmədi. Hamı
gəldi, gözlədiyim gəlmədi... ...
Əsib keçən ruzigarım,
hardasan? Bilirsənmi, gizli sevda
yamandı... Bizi belə ayrı salan -
zamandı. Gəl, eyləmə, mənə
zülüm, amandı! İçimdəki ahu-
zarım, hardasan? Yanımdaydın,
mən bilmədim qədrini,
Anlamadım, ucuz tutdum xətrini.
Bax, gəzirəm dağda-daşda
ətrini, Zirvələrdə qalan qarım,
hardasan? Demirəm ki, mənim
kimi darda qal, Getmə, yarım,
getmə, canım, burda qal! Qış
gəlibdir həyatıma dalbadal... Ay
gecikən xoş baharım, hardasan