Mərhəmət duyğusu səndə yoxdursa Tutduğun orucun nə mənası var ? Süfrəndə yoxsula yerin yoxdursa Bir ay ac qalmağın nə mənası var ? * Tərəzin çəkidə əyri çəkirsə Dilin zəhər kimi qəlb incidirsə Əlin rüşvət alıb-rüşvət verirsə Qıldığın namazın nə mənası var ? * Yalandan and içib alver edənlər Arvaddan xəbərsiz əyri gedənlər Haqsızdan pul alıb haqlı edənlər O həccə getməyin nə manası var ? * Haram pullarıyla villa tikənlər Yetimin haqqını bölüb yeyənlər Şər atıb birini bədbəxt edənlər Öləndə yasinin nə mənası var ? * Namaz da-oruc da asandı qardaş Vicdanlı olmaqsa çətindi qardaş Əsil insan olmaq lazımdı qardaş Əməlsiz Quranın nə mənası var ? Müəllif : Famil Xelilov və Elçin Tağıyev 23 noy 2015
TikTok polisi- Gündüz Ağayevin karikaturası Azərbaycanda son bir neçə gündə yüz minlərlə baxış yığan tiktokerlər polis tərəfindən saxlanıb. Onların bir qismi mənəvi dəyərləri pozmaqda, etik davranmamaqda ittiham edilərək, haqlarında həbs qərarı verilib. TİN. Tiktok İşlər Nazirliyi. via @Birlesekbiz.tv
Bayramınız mübarək, dostlar! Bu xüsusi gününüzü ən səmimi arzularımla təbrik edirəm. Uğur, sağlamlıq və xoşbəxtlik dolu bir bayram keçirmənizi diləyirəm. Bu bayram sizin və sevdikləriniz üçün gözəl anılara və möhtəşəm təcrübələrə yol açsın. Hər birinizin bayramı əsl mənasında mübarək olsun.