İmam Hüseynin (radiyallahu anhu) fəzilətinə
dair rəvayət edilmiş bəzi hədislər
İmam Hüseynin barəsində bir çox hədislər rəvayət edilmişdir ki, bu hədislərin hamısı onun Peyğəmbərə (sallallahu aleyhi və səlləm), onun əhli-əyalına və onun səhabələrinə nə qədər əziz olduğunu, onların Hüseyni nə qədər çox sevdiyini göstərir. Gəlin bu hədislərdən bəzilərinə diqqət yetirək:
Rəvayət edilir ki, bir nəfər ibn Ömərdən (radiyallahu anhumə) ağcaqanadın qanı barədə fitva istədi. İbn Ömər soruşdu: “Sən kimlərdənsən?” Adam: “Mən İraq əhlindənəm”- deyə cavab verdi. İbn Ömər dedi: “Buna bir baxın! Məndən ağcaqanadın qanı barədə fitva istəyir. Halbuki, onlar Peyğəmbərin (sallallahu aleyhi və