Düşür yadıma hərdən Məktəb həyətində mən Yoluna göz dikərdim Qəlbim sızlardı birdən Sən dərsə gəlməyəndə... Durub-durub anardım Gizli-gizli yanardım Neçə dostun içində Özümü tək sanardım Sən dərsə gəlməyəndə... Zəng səsi ucalardı, Uşaqlar söz alardı. Gözlərim boş masana. Fikrim səndə qalardı Sən dərsə gəlməyəndə... Dözməyib buna bəzən Düşüb gah da həvəsdən Nə danım həqiqəti? Qaçardım mən də dərsdən Sən dərsə gəlməyəndə...