Ağli vardi qram-qram ,Bezileri yeyir haram ,Oğru üçün doğru olan ,Zakonlarin sağliğina ..... Oğul deyib qiz saxlayan ,Namusunu düz saxlayan ,Bizler üçün qiz saxlayan ,Analarin sağliğina........
Dilim istəmədən sevmirəm dedi, Dərdlilər içində başda biz varıq. Bəlkə də o görüş sonuncu idi, Bəlkə də nə vaxtsa qarşılaşarıq..
İnanma belə tez sevərəm yenə, Ömürlük bağlanıb eşqin kitabı. Bəlkə də nə bilim, gülürsən mənə, Bəlkə də çəkirsən vicdan əzabı...
Bəlkə düşünürsən bitsin ayrılıq.? Deməyim artıqdı, günahımdan keç. Bəlkə də yoldasan, gəlirsən artıq, Bəlkə də gəlməyi düşünmürsən heç..
Hər şeyin çarəsi əgər zamansa, Zamanım azaldı, kədərim boldu... Bəlkə də düzələr hər şey haçansa, Bəlkə də bundan da beşbetər oldu...
Ən gözəl şeyləri mən diləmirdim.? Amma ki görmədim səndən yaxşısın. Bəlkə də mən sənə bəs eləmirdim, Bəlkə də tapmısan məndən y