Gördüm , qəlbimi göynətdin
Həm incitdin , həm inlətdin .
Hamıya dərs , elm ,savad
Mənə sevməyi öyrətdin .
Salam ,a doğma məktəbim .
Ayrılıqdan bağrımız qan ,
Hey qan axır yaramızdan .
Bir məktəbli ömrü keçdi ,
Su keçməzdi aramızdan .
Salam ,a doğma məktəbim .
# VAHİD QƏLBİDAĞ