Ünvanlı. Vaxtın varıydı. Niyə belə zəiflədin a qardaş Axı sənin kalan vaxtın varıydı. Pul adlı kağızdan korluq görmədin İldə maşın alan vaxtın varıydı. * Unutmadın heç vaxt dostu, sirdaşı Etdiyin savabı etməz hər naşı, Sevdin Vətənini,qohum,qardaşı Qaydına hey qalan vaxtın varıydı. * Hörməti qazandın görkəminlə sən, Bəd gündə,şad gündə gələrəm desən, Dağbəyinin həmişə qəlbindəsən Hərdən yada salan vaxtın varıydı... *
Tələsər. Necə də şirinmiş cəhənnəm sözü Həyatdan dad çəkən ora tələsər. Hər payız mövsümü bağlar,bağçalar Meyvəsi bol olar bara tələsər. * Nəsilində varlı--varınsa qanda, Əgər bəxtin versə görərsən onda, Məsəldi deyirlər əl qaşınanda Taparsan qazancı vara tələsər. * Könüllər sevinər yaz-yayı çağın, Bənizi saralar solar oylağın, Qış ayı hər zaman O ulu dağın Uca,sərt zirvəsi qara tələsər. * Dağbəyi həyatı düşün sən dərin !, Amalı,sevgisi xoş olan ərin, Hər iki saf könül sevsə bir-birin Sevənlər qovuşqr yara tələsər... *
Ana. Yığmısan başına oğul-qızını Sevincin dünyaynan bir olsun Ana. Həmişə yanına xoş günə gələk Ayağın dəyən yer pir olsun Ana. * Dünya sənə sığmaz sənsə dünyaya, Səni bənzətmərəm ulduza-aya, Şükür Yaradanın verdiyi paya Tanrım ömür versin yar olsun Ana. * Necə də şirinmiş Ana tək dadın, Silinməz həriflə yazılıb adın, Qürurla yad edən hər bir övladın Gələndə gözünə nur olsun Ana. * Dağbəyi səcdə et yoxla Ananı !, Onun tək tapmazsan sənə yananı, Sənnən üstün tutsam əyər cananı Mənə sənsiz həyat dar olsun Ana... * Ananın qəlbinə dəysən həyat səni incidər...
ATA...
Dosta sədaqətli sadiq olmusan
Düz e`tibarına qurbanam Ata.
Ömrünə bağ saldın,bağçalar saldın
Bağının barına qurbanam Ata...
*
Övladın baş əydi hər bir sözünə,
Həyat cizgi qoydu nurlu üzünə,
Cırıq şalvarınnan çıxan dizinə
Əldə qabarına qurbanam Ata...
*
Qurban qəlbindəki qəmə,qüssənə
Qibləgahımsan..,and içirəm sənə,
Nə dosta baş əydin,nə də düşmənə
Namusuna,arına qurbanam Ata...
*
İncitmə zərifdir Ata ürəyi !,
Rəbbin bağışlamaz,verməz çörəyi
Ata qazancısan,sənsən gərəyi
Həyatda varına qurbanam Ata...
*
Dağbəyi sağ olan yox olur bir an,
Duyduqca həyatı ömürüm viran,
Saçına baxanda görürəm boran,
Telinin qarına qurbanam Ata...
*