Hələ Də Sevirəm... Günəşsən göylərdən enməyəcəksən, Sənsiz nə çəkirəm bilmiyəcəksən, Bilirəm bir daha dönməyəcəksən, Hələ də sevirəm, sevirəm səni. Bu bahar könlümə gətirdin qəmi, Mən oldum dəryada yelkənsiz gəmi, Çiçəklər baharı sevdiyi kimi, Hələ də sevirəm, sevirəm səni. Gedişin nə yaman ağırmış, ağır, Qulağım səsdədir, adımı çağır, Üstümə qəm dolu yağışlar yağır, Hələ də sevirəm, sevirərn səni. Gözlərim yoldadır, qulağım səsdə, Ümidim çırpınır bir daş qəfəsdə, Baş qoyub həsrətin qolları üstə. Hələ də sevirəm, sevirəm səni.