Məndən qabaq nə badə tez köçəsən.
Sən dünyamın gül-çiçəkli, çağısan.
Qırmızısan,sarısısan, ağısan.
Allah haqqı ürəyimin yağısan,
Istəmərəm günü illə ölçəsən,
Məndən qabaq nə badə tez köçəsən.
O dünyanı qarış-qarış gəzmişəm,
Əzilmişəm, Düzülmüşəm, əzmişəm.
Bu dünyada insanlardan bezmişəm,
Gor suyundan vaxtsız qoymam içəsən,
Məndən qabaq nə badə tez köçəsən.
Lazım gələr yolunda can, verərəm,
Ümidlərdən arzu,istək dərərəm.
Ayağına kişi sözü sərərəm,
İmkan verməm hər əzabdan keçəsən,
Məndən qabaq nə badə tez köçəsən.
Özüm boyda Afiq durur önündə,
Dünənində bu gün,o bir günündə.
Yaşatmaram ağ yalanın gönündə,
Düşünmə ki yüzə əlli biçəsən,
Məndən qabaq nə badə tez köçəsən.
Afiq Göyçəli Pəmb
Dur qadası,bu gün gedək gəzməyə.
Dur qadası,bu gün gedək şəhərə,
Gəzək çoxlu ,,tarqovuda,, bir gələk.
,,lepsini də,, sanaq üçün ,,kruqu,,,
,,Arbatında,,qoyaq beş-beş sirr gələk.
,,Nabereşşjniy,, xalça sərsin axşama,
Gecəmizi təslim edək ağ şama.
Ol yenədə ,,bulvardakı,, şamama,
Aslan gələk,pələng gələk, şir gələk.
Verlişləri süpür küncün birinə,
Əl bulama ,,ARB-nin,, kirinə.
Ağrın alım dön Əsliyə, Şirinə,
Biz Kirovu,Bakı görək,pir gələk.
Məhəbbətə yaxın eylə üzünü,
Gözlərimə sürməli ver gözünü.
İtir məndən qəribliyin közünü,
Afiqdən tut,xoş anlara gir gələk.
Afiq Göyçəli Pəmbək Rusiya 7.05.24
Faciə yaşayır bu gün ŞAİRLƏR...
Küsmüşəm Xalqımdan, Millətimdən mən,
Kədər yedirdirlər sağ-sağ şairə.
Müğənni ,,Artistə,, milyon xərcləyib,
Çəkirlər kor şişlə,min dağ şairə.
Dilənçi halına salırlar bizi,
Sürü tək dövrəyə alırlar bizi,
Ütüsüz sözlərlə çalırlar bizi,
Vaxtsız geydirirlər dümağ şairə.
Sevinci kimlərdən görəsən bu gün?
Necə fəxr evini hörəsən bu gün?
Hansı təriflərdən dərəsən bu gün?
Yoxdursa bu Eldən bar, bağ şairə.
Ögey məxluqlardır qələm tutanlar,
İnsaf hüzurunda ələm tutanlar.
Afiq,doğma yurdda aləm tutanlar,
Verirlər yaxmacda kəf yağ,şairə.
Afiq Göyçəli Pəmbək Rusiya 30.04.24.