Şair və alınmayan kitablar.
Pul para yoxunsa ay şair qardaş,
Borc götür mülkü sat, cəld kitab çıxart.
Nə olsun evində uşaqlar acdır,
Adın dad üzünə çat kitab çıxart.
Bəhsə gir qızarma,dostlar içində,
Cildi qalın elə say ver, cicində.
Əsas söz bol olsun necə biçində,
Barmağı bərk yala,yat kitab çıxart.
Ümidi sevindir alarlar düşün,
Millətin qapında qalarlar düşün,
Səni bu zamana salarlar düşün,
Qazancı küləyə,at kitab çıxart.
Əsas şan-şöhrətdir,gendə dayanma,
Gecəni səhərə,cala oyanma.
Biraz qarın ərit ala boyanma,
Sevinc dəryasına bat kitab çıxart.
Müasir həyatla ayaqlaş bala,
Afiqəm dövrünü sürmə dal-dala.
Bir əldə qələm tut bir əldə mala,
Özünü sıraya qat kitab çıxart.
Afiq Göyçəli
Alın yazısı.
Doğuldum Göyçənin
Pəmbək kəndində,
Tanrı hiyləsini çözəmmədim ki.
Çəkdi qırxbeş ili qürbət telinə,
Fələyin fəndini sezəmmədim ki.
Ondört yaş yaşatdı El arasında,
Pula məhrum etdi yox yarasında.
Ağlatdı gəncliyi köz qarasında,
O yerlər qış oldu, dözəmmədim ki.
Qəriblik adıyla yazıldı yazım,
Xalqa qismət oldu çoxumdan azım.
Mənim incilərim mənim avazım
Tanıtdı millətə,süzəmmədim ki.
Tale əmri imiş sən demə bu da,
Afiqi fırlatdı quruda suda.
Bilməzdim yad ölkə ruhu ovuda,
Məni əzənləri əzəmmədim ki.
Afiq Göyçəli Pəmbək Rusiya 15.05.24
Məndən qabaq nə badə tez köçəsən.
Sən dünyamın gül-çiçəkli, çağısan.
Qırmızısan,sarısısan, ağısan.
Allah haqqı ürəyimin yağısan,
Istəmərəm günü illə ölçəsən,
Məndən qabaq nə badə tez köçəsən.
O dünyanı qarış-qarış gəzmişəm,
Əzilmişəm, Düzülmüşəm, əzmişəm.
Bu dünyada insanlardan bezmişəm,
Gor suyundan vaxtsız qoymam içəsən,
Məndən qabaq nə badə tez köçəsən.
Lazım gələr yolunda can, verərəm,
Ümidlərdən arzu,istək dərərəm.
Ayağına kişi sözü sərərəm,
İmkan verməm hər əzabdan keçəsən,
Məndən qabaq nə badə tez köçəsən.
Özüm boyda Afiq durur önündə,
Dünənində bu gün,o bir günündə.
Yaşatmaram ağ yalanın gönündə,
Düşünmə ki yüzə əlli biçəsən,
Məndən qabaq nə badə tez köçəsən.
Afiq Göyçəli Pəmb