Qeyd edək ki, boynunda cənabət qüslu olanlar mütləq sübh azanına qədər qüsl almalıdırlar. Əks təqdirdə oruc batil olur.Niyyəti həm hər ayrıca gün üçün, həm də bütün ay üçün etmək olar. Niyyət belə edilir (bütün Ramazan ayı üçün): “Bir ay Ramazan ayının orucunu tuturam, vacib qürbətən iləllah”.
Belə deyilsə, artıq digər gecələr niyyət edilməsinə lüzum yoxdur.Hər gün üçün niyyət belə edilir: “Sabah üçün Ramazan orucu tuturam, vacib qürbətən iləllah”. Belə niyyət edilirsə, o zaman niyyət hər axşam olmalıdır.
Sabah Ramazan ayının daxil olub olmamasına şübhə edənlər isə niyyəti belə etməlidirlər: “Sabah Ramazandırsa, Ramazan orucu, deyilsə, boynumda olan qəza orucu tuturam, vacib qürbətən iləllah”. Belə edənlər sonrakı günü adi qaydada Ramazan orucu niyyəti etməlidir.
Eyni zamanda bizə çatan hədis və rəvayətlərə görə, Ramazan ayının ilk gecəsini əhya saxlayıb ibadət və dua ilə keçirmək təkidlə tövsiyyə olunur.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев