Azərbaycan, İran və orta asiyada qeyd olunan milli bayramlardan biri də Novruz bayramıdır. Novruzda insanlar təmizlik işləri görür, yaxınlarının və xəstələrinin görüşünə gedir, bir-birinə hədiyyə verir , küsülüləri barışırdırır, yeni paltarlar geyir və bir çox gözəl insani xüsusiyyətlər.
Bu gözəl xüsisiyyətlər dinimiz də bəyənilmiş sifətlərdəndir və bu haqda məsumlarımızdan çoxlu hədislər nəql olunmuşdur. İmam Zeynəlabidin (ə) buyurur: Namazdan sonra ən üstün əməl mömini sevindirməkdir. (Biharul-ənvar, 4/194)
İmam Baqir (ə) buyurur: İnsanın qardaşının üzünə təbəssümü və onun çətinliyin həll etməsi gözəl əməldir. Allah yanında mömini sevindirməkdən gözəl əməl yoxdur. (Biharul-ənvar, 71/288)
İmam Sadiq (ə) buyurur: Musa peyğəmbər (ə) Allah-təalaya dedi: İlahi! məni xəstənin görüşünə getməyin savabından agah et. Allah-təala buyurdu: Onu anadan olduğu kimi günahsız edirəm. Bir mələkə tapşırıram ki, qiyamət gününə qədər onu ziyarət etsin. (İrşadul-qulub, 1/108)
Peyğəmbər (s) buyurur: İnsanın namazdan, küsülüləri barışdırmaqdan və gözəl əxlaqdan üstün əməli yoxdur. (Cəvamiul-kəlim, səh, 698)Peyğəmbər (s) buyurur: Küsülüləri barışdırmaq bütün namazlardan və oruclardan üstündür. (Biharul-ənvar, 73/43)
Novruz bayramının adət-ənənələrində bu qədər gözəl islami əxlaqlar olduğu üçün onun haqqında çoxlu hədislər buyurulmuşdur. Hədislərimizdə Novruz bayramı dini rəhbərlər tərəfindən təsdiqlənmiş və onun qeyd olunmasına təşviq edilmişdir. Hətta novruz bayramı üçün bir sıra ibadətlər də qeyd olunur. Biz bu hədisləri oxucuların diqqətinə çatdırırıq.
Novruz bayramını təsdiqləyən və ona təşviq edən hədislər:
İmam Əli (ə) buyurur: Hər günümüz novruzdur. (Mən la yəhzuruhul-fəqih, 3/ 300)
İmam Əli (ə) üçün faluzəc (şirniyyat) hədiyyə gətirdilər. Buyurdu: Bu nədir? Dedilər: Bu gün novruzdur. Buyurdu: Əgər bacarsanız, hər gün novruz edin. (Yəni: Allaha xatir bir-birinizə hədiyyə verin və bir-birinizin görüşünə gedin) .(Dəaimul-islam, 2/326)
Novruz bayramının əməlləri:
İmam Sadiq (ə) buyurur: Novruz bayramında qüsl et, təmiz paltar geyin, ətir vur və oruc tut. Zöhr namazının nafiləsindən sonra dörd rükət namaz qıl. Birinci rükətdə Fatihə surəsindən sonra on dəfə Qədr surəsin oxu. İkinci rükətdə Fatihə surəsindən sonra on dəfə Kafirun surəsi, üçüncü rükətdə Fatihə surəsindən sonra on dəfə İxlas surəsi dördüncü rükətdə isə Fatihə surəsindən sonra Fələq və Nas surəsini oxu. Namazdan sonra şükr səcdəsi və dua et. (Misbahul-mütəhəccid, s, 591)
Novruz bayramında baş verən mühüm hadisələr:
İmam Sadiq (ə) buyurur: Novruz bayramı Allah-təalanın ona ibadət etməsi, peyğəmbərlərinə və höccətlərinə iman gətirməsi üçün əhd aldığı gündür. Bu gün Nuh peyğəmbərin (ə) gəmisinin Cudi dağında oturduğu gündür. Novruz bayramında Cəbrail Həzrət Muhəmmədə (s) nazil olmuşdur.
Bu gün Peyğəmbər (s) Əlini (ə) çiyninə aldı və Qüreyşin bütlərin sındırdı, Həzrət İbrahim (ə) bütləri sındırdı, Peyğəmbər (s) səhabələrə Əliyə (ə) beyət etmə əmri verdi. Bu gün bizim Qaimimiz ( 12-ci imam) qiyam edəcək. Biz hər novruzda fərəci arzulayırıq. Çünki bu gün bizim və şiələrimizin günüdür. (Biharul-ənvar, 56/91)
Bu hədisləri mütaliə etdikdən sonra belə nəticə almaq olar ki, Novruz bayramı insanlıq, mehribanlıq və məhəbbət bayramı olduğundan İslam dini gələndən sonra bu bayramın keçirilməsini qadağan etməmiş, əksinə insanları onu qeyd etməyə təşviq etmişdir. Çünki bu bayramın İslamın bəyəndiyi adətləri vardır.
Necə ki, İmam Əliyə (ə) novruz hədiyyəsi verəndə Həzrət buyurur: Əgər bacarsanız, hər gün novruz edin. İmam (ə) bu kəlamı ilə demək istəyir ki, Allaha xatir bir-birinizə hədiyyə verin və bir-birinizin görüşünə gedin. Bununla yanaşı dinimizdə bayram günü üçün xüsusi əməllər qeyd olunmuşdur.
Bu da bayramın dində önəmli bir gün olduğunu bildirir. Bu mətləb sonuncu hədis gözə çarpır. İmam Sadiq (ə) bu günün İmam Zaman (ə.f) ağanın zühur günü olduğunu və bu günün Əhli-beytə (ə) məxsus olduğunu qeyd edir.
Sual: Salam. Novruz bayramı haqqında rəyiniz nədir? Bu günü bayram kimi qeyd edə bilərikmi?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Bəli olar, qohum-əqrəbaya baş çəkmək kimi gözəl işləri olduğu üçün bəyəniləndir.Amma bu şərtlə ki, içində olan mənfi şeylər tərk olunusun.Məsələn; bahalı paltar alıb özünü, var-dövlətini digərlərlərini gözünə çəkmək və digər bəyənilməyən şeyləri.
Sual: Salam.Novruz bayramını, bayram kimi qeyd etmək, şənlik keçirtmək olarmı?
Cavab: Salam. Ayətullah Məkarim dəftərxana: Bayram kimi qeyd etməyin eybi yoxdur.Lakin haram işlərə yol verilməsin.
Sual: Salam. Novruz bayramını bayram kimi qeyd etmək olarmı?
Cavab: Salam.Ayətullah Fazil-dəftərxana: Bəli olar.
Sual: Salam. Bilmək istəyirdik Ayətullah Behcətin Novruz bayramı barədə nəzəri nədir? Şəriət baxımından Novruzu qeyd etmək olarmı?
Cavab: Salam. Ayətullah Behcət-dəftərxana: Bəli olar.
Sual: Salam.Novruz bayramında xalqımızın hansı adətləri bəyənilir və hansıları etmək haramdır? Yəni səməni saxlamaq, tonqal qalamaq, papaq atmaq və s.
Cavab: Salam. Ayətullah Xamenei dəftərxana: İslama zidd olan şeyləri etmək olmaz.Məsələn “qulaqasdıya getmək” və bu kimi oşlər.
Sual: Salam. Mən Novruzu bayramında yandırılan tonqal haqqında soruşmaq istəyirəm bu tonqalı qalayıb üstündən atılmaq olarmı? Adətdir ki, atılanda insanlar ağırılığım uğurluğum bu tonqalın üstünə deyirlə r.Bu ifadələri demək insanı günaha salmır ki?
Cavab: Salam.Ayətullah Sistani dəftərxana: Bu iş xurafatdır və xurafat olmaz.
Sual: Salam. Novruz bayramını bayram kimi qeyd etmək olarmı? Bu gündə xüsusi şirniyyatlar, yeməklər bişirmək olarmı?
Cavab: Salam. Ayətullah Sistani dəftərxana: Bəli olar. Amma İslamla müxaliflik edən şeyləri tərk etmək etməklə.
Məsələn, qonşuya qulaq asdı, papaq atmaq (imaknı olmayan əziyyət olduğu üçün və icazəsiz kiminsə həyətinə girilib evinə papaq atılarsa), xoruz döyüşdürmək (heyvanlara əzab olduğu üçün), alovun üstündən atılıb “ağırlığım burda qalsın” demək (xürafat olduğu üçün) və bu kimi digər şeyləri tərk etməklə Novruzu qeyd etmək olar.
Sual: Salam. Novruz bayramında bəzi adətlərimiz var.Məsələn yumurta döyüşdürmək, (bəzən yumurta döyüşdürüb, udan uduzan tərəfdən yumurtasını alır) Bayramda yumurta döyüşdürüb, qapı pusmaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu işlər düzgün deyil.İstər Novruz vaxtı, istər başqa vaxt olmaz.
“Hədis külliyatlarında mövcud olan bəzi hədislərdən belə görünür ki, Novruz dini bayramdır. Amma bunu da qeyd etmək lazımdır ki, bu hədislərin nə dərəcədə mötəbər olması barəsində böyük şübhələr var. Ona görə də bu hədisləri tam doğru qəbul etmək lazım deyil. Novruz İslami köklərə malik olan və ya dini bayram deyil. Buna baxmayaraq Novruz bayramı İslam dövlətlərində yaşayan və qədim günəş təqvimindən istifadə edən xalqların milli bayramıdır. Bu bayramı qeyd etmək bidət və haram sayılmır. Necə ki, Yeni il, analar günü, beynəlxalq qadınlar günü və s. digər ölkələrin milli bayramları bidət deyil. Qeyd edilən bayramlar ona görə bidət sayılmır ki, bu bayramlar İslama və şəriətə aid edilmir. Novruz İranda və digər ölkələrdə qeyd olunur və şiə müctehidləri buna normal münasibət göstərir. Bu bayramda Allaha dualar edilir, valideynlər və qohumlar ziyarət edilir (sileyi-rəhm,), küsülülər barışır, evlərdə təmizlik görülür və s. Lakin bəzi tonqaldan tullanmaya etiqad və s. kimi dinə zidd adətlərdən çəkinilməlidir.”
Ayətullah Məkarimin dəftərxanası.
Novruz Bayramının Əməlləri
Şeyx Abbas Qummi «Məfatihul Cinan» kitabında yazır:İmam Sadiqin (ə) Müəlla ibni Xüneysə öyrətdiyi kimi, Novruz bayramı yetişdikdə qüsl alın, ən təmiz paltarlarınızı geyinin, ən xoş ətirlərdən istifadə edin və çalışın həmin günü oruc tutun. Elə ki, şam və xüftən namazlarını və onların nafilələrini qıldın, dörd rükət iki-iki novruz namazı qıl. Birinci iki rükətin birinci rükətində "Həmd" surəsindən sonra on dəfə "Qədr" sursəsini, ikinci rükətdə isə "Həmd" dən sonra on dəfə "Kafirun" surəsini, ikinci iki rükətin birinci rükətində "Həmd" dən sonra on dəfə "İxlas" surəsini, ikinci rükətində isə "Həmd" dən sonra on dəfə "Fələq" və "Nas" surələrini oxumaq lazımdır.Namazdan sonra isə şükür səcdəsinə gedib, bu duanı oxu:
Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmmədinil əvsiyail mərziyyin, və əla cəmii ənbiyaikə və rusulikə biəfzəli və rusulikə biəfzəli sələvatik, və barik ələyhim biəfzəli bərəkatik, və səlli əla ərvahihim və əcsadihim, Əllahummə barik əla Muhəmmədin və ali Muhəmməd, və barik ləna fi yəvmina hazəlləzi fəzzəltəhu və kərrəmtəh, və şərrəftəhu və əzzəmtə xətərəh, Əllahummı barik li fima ən`əmtə bihi ələyyə hətta la əşrukə əhədən ğəyrək, və vəssi`ələyyə fi rizqi ya zəl cəlali vəl ikram, Əllahumə ma ğabə ənni fəla yəğibənnə ənni əvnukə və hifzuk, və ma fəqədtu min şəy`in fəla tufqidni əvnəkə ələyh, hətta la ətəkəlləfə ça la əhtacu iləyhi ya zəl cəlali vəl ikram
Tərcüməsi: ”Ilahi, Sənin salavatın olsun Mühəmmədə və Mühəmmədin nəslinə – Allahın razı olduğu canişinlərə. Sənin ən üstün salavatın olsun bütün peyğəmbərlərinə və elçilərinə. Onları ən gözəl bərəkətlə mübarək et, onların ruhuna və bədəninə Sənin salavatın olsun. Ilahi, Sənin bərəkətin olsun Mühəmmədə və Mühəmmədin nəslinə. Sənin üstünlük verdiyin, kəramət və şərəf bəxş etdiyin, məqamını yüksəltdiyin bu günümüzü bizə mübarək et. Verdiyin nemətləri mənə mübarək et ki, Səndən başqasına şükr etməyim. Mənim üçün ruzini artır, ey cəlal və kərəm sahibi! Ilahi, hər nə məndən gizli qalsa da, Sənin yardımın və müdafiən məndən gizli qalmasın (uzaq olmasın)! Allahım, hər şeyi itirsəm də, təki Sən öz yardımını məndən əsirgəmə! Ehtiyacım olmayan işlər barədə özümü əziyyətə salmayım. Ey cəlal və kərəm sahibi!“.
Məşhur kitablarda ilin təhvil olan bu vaxtı bu duanın çoxlu oxunmasıını və bəzilərinin dediyinə görə 366 dəfə oxunmasını rəvayət olunmuşdur:
Ya muhəvviləl həvli vəl əhval, həvvil haləna ila əhsənil hal
Başqa rəvayətlərdə belədir:
Ya muqəllibəl qulubi vəl əbsar, ya mudəbbirəl ləyli vən nəhar, ya muhəvviləl həvli vəl əhval, həvvil haləna ila əhsənil hal
Tərcüməsi: ”Ey qəlblərin dəyişməsini və gözlərin hərəkətini idarə edən Allah! Ey gecəni gündüzlə ard-arda əvəzləyən Allah! Ey vaxtları və əhvalları dəyişdirən Allah! Bizim halımızı yaxşılığa doğru dəyiş!“.
"Zadud-Məad" da belədir. Əgər belə etsən əlli illik günahların bağışlanar və çoxlu de:
Ya zəl cəlali vəl ikram.
NOVRUZ BAYRAMININ DUASI (İlin təhvil olması)
Ya muqəllibəl qulubi vəl əbsar, ya mudəbbirəl ləyli vən nəhar, ya muhəvviləl həvli vəl əhval, həvvil haləna ila əhsənil hal
Tərcüməsi: ”Ey qəlblərin dəyişməsini və gözlərin hərəkətini idarə edən Allah! Ey gecəni gündüzlə ard-arda əvəzləyən Allah! Ey vaxtları və əhvalları dəyişdirən Allah! Bizim halımızı ən gözəl hala dəyiş!“.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев