______
XXl əsrin bəlası sayılan depressiya və yaxud
ruh düşkünlüyü, getdikcə artmaqda olan ciddi
bir psixoloji xəstəliyə çevrilmişdir. Biz burada
onun əlamətlərini və səbəblərini açıqlamaqla
yanaşı, islami qaynaqlarda bu xəstəliyin əlacı
üçün söylənilən müalicəvi xarakterli
göstərişləri açıqlayacağıq. Həmçinin
depressiya kəlməsinin Qurani-Kərim və
hədislərdə hüzn, kədər və iztirab məfhumları
ilə ifadə olunmasını nəzərinizə çatdırmaq
istərdik. Təbii ki, ilk öncə depressiyanın
əlamətlərini tanımaq lazımdır. Xatırladaq ki,
söylənilən bu əlamətlərin bir çoxu gün
ərzində bir neçə dəfə insanda görünərsə, o
zaman depressiv hal sayılır:
_______
1. İnsanlardan uzaqlaşmaq və xəlvət bir yer
tapıb heç kimlə görüşməmək istəyi.
_______
2. Gündəlik işlərdən soyuyaraq heç bir iş və
məsuliyyət qəbul etməmək.
_______
3. Hamının zövq və ləzzət aldığı şeylərdən
zövq almamaq və hər bir şeyə maraqsız
yanaşmaq.
_______
4. Güclü iştahasızlıq və bəzi hallarda isə
həddindən artıq yemək.
_______
5. Çox yatmaq və bəzi hallarda isə yuxu
pozuntusu.
_______
6. Ailə üzvləri ilə səmimi əlaqələrin pozulması.
_______
7. Diqqət pozuntusu, ürək və baş ağrıları.
_______
8. Hövsələsizlik və enerjinin hədsiz dərəcədə
aşağı düşməsi.
_______
9. Boş yerə və səbəbsiz ağlamalar və özünü
ələ ala bilməmək.
_______
10. Baxımsızlıq və zahiri görünüşə laqeyd
yanaşmaq.
_______
11. Ümidsizlik və inamsızlıq.
_______
12. Kiçik səhvə belə hədsiz dərəcədə narahat
olub günah hissi yaşamaq.
_______
13. Həyatdan bezmək, intihar etmək hissi və
bəzən də intihar.
_______
Göründüyü kimi depressiya bir başa insanın
ruhu ilə əlaqədar olsa da, insanın cismini də
az bir zamanda ciddi xəstəliklərlə üzləşdirir.
Yuxarıda sadaladığımız bəyənilməyən, bəzən
də qorxunc əlamətlərin hər biri İslam
göstərişlərinə tam zidd olan, insanın məhvinə
səbəb olan amillərdir. Deməli, depressiyanın
səbəblərini öyrənmək və onları aradan
qaldırmaqla, Allah-taalanın bizə bəxş etdiyi
xoşbəxt həyatımıza davam etməliyik.
_______
Depressiyanın Səbəbləri və Müalicə yolları
_______
Depressiya üçün konkret bir səbəb söyləmək
düzgün sayılmaz, amma aşağıdakı
səbəblərdən hər biri insanın ruh düşkünlüyü
yaşaması və depressiyaya düşməsinə səbəb
olan amil sayılır:
_______
1- Həyata və yaşayışa puç və mənasız baxmaq
_______
Bəzən insan yaranışın və həyatın anlamını
dərk etmədiyi üçün, ailəsinin, dostlarının və
işinin mənasız olduğunu düşünüb, hər
şeydən soyuyaraq depressiyaya düşür.
Halbuki inanclarımıza görə, biz və dünya
səbəbsiz xəlq olmamışıq. Necə ki, Qurani-
Kərimdə Allah taala belə düşünənləri
danlayaraq buyurur: “Siz elə bilirsiz ki, Biz sizi
boş-boşuna yaratmışıq...?!” (Muminun, 115)
Deməli, əgər insan düşünsə ki, onun bu
dünyada gördüyü bütün yaxşı işlər behişt
qazanması üçün gözəl bir fürsətdir, həyata
olan baxışı dəyişərək, depressiyadan xilas ola
bilər.
_______
2- Pessimist olamq
_______
Bəzən ailəmizə, dostlarımıza və ətraf mühitə
qarşı olan bədgümanlığımız, bizdə həyata
qarşı inamsızlıq yaradaraq, depressiyaya
düşməyimizə səbəb ola bilir. Halbuki, Qurani-
Kərimdə bələ bir bədgümanlığın böyük günah
olması ilə yanaşı (Hücürat, 12), optimist
olmağımız dinimizin ən əsaslı
göstərişlərindən biridir. Necə ki, Hz.
Məhəmməd (s) buyurmuşdur: “Müsəlmanın
xüsusiyyətlərindən biri baxışının müsbət
olmasıdır”.
_______
3- Dünyaya hədsiz bağlılıq
_______
Əslində dinimizə görə dünya gözəldir; Allaha
yaxınlaşmaq üçün gözəl bir məkandır. İnsanın
dünyanı sevməsində də heç bir qəbahət
yoxdur. Lakin dünya malına, dünya məqamına
şiddətlə bağlanmaq, onu itirdiyin ya yetərincə
əldə edə bilmədiyin zaman, depressiyaya
düşməyini qaçılmaz edir. Necə ki, İmam Əli
buyurur: “Dünya sevgisi insanın kədərinə
səbəb olar”.
_______
4- Gələcəyə ümidsizlik
_______
Bəzən gələcəyə olan ümidsizliyimiz bizi qəm-
qüssəyə, və depressiyaya sala bilir. Halbuki
Quranın bizə olan ən önəmli göstərişlərindən
biri, hər zaman Allahın qüdrətinə inanıb, ona
təvəkkül etməliyik və heç bir şəraitdə ümidsiz olmamalıyıq.: “Allahın rəhmindən ümidsiz
olmayın.” (Zümər, 53)
_______
5- İtgi
_______
Əksər haııarda insanın yaxınlarını itirməsi,
onların ölümünün bizdə yaratdığı kədər,
bizim depressiyaya düşməyimizlə sonlanır.
Halbuki ilahi sınaq və imtahanını heç bir
zaman unutmamalıyıq. Qurani-kərimə görə,
müsibətlərin qarşısında bir az səbir edərsək
qarşıda xoş günlər bizi gözləyir: “Əlbəttə, Biz
sizi bir az qorxu, bir az aclıq, bir az da mal,
can (övlad) və məhsul qıtlığı ilə imtahan
edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbir
edən şəxslərə müjdə ver!” (Bəqərə, 155).
_______
6- Cismi çatışmamazlıq
_______
Bəzən zahiri və cismi baxımdan müəyyən bir
nöqsana sahib olmağımız bizim depressiyaya
düşməyimizə səbəb ola bilər. Belə bir halda,
əgər həmin nöqsanımızı aradan qaldırmaq
imkanımız varsa, təbii ki ilk növbədə həmin
nöqsanımızı aradan qaldırmağa çalışacağıq.
Yox əgər bu mümkün deyilsə özümüzlə
barışmalıyıq. Unutmayaq ki, insanlar ilk
mərhələdə şəxsin zahirinə diqqət yetirsələr
də, onun əxlaqi keyfiyyətləri və gözəl ədəb-
ərkanı insanları daha çox maraqlandırır.
Əxlaqını düzəltmək isə, artıq insanın öz
əlindədir. Allah-taalanın da insanı zahirinə
görə deyil, batininə görə dəyərləndirməsi heç
kimə gizli deyil.
_______
7- Ugursuzluq
_______
Təbii ki, hər zaman uğursuzluğumuzdan dərs
çıxarmağı bacarmalı, gələcəyimiz və
perspektivlərimiz haqda düşünməliyik. Lakin
unutmamlıyıq ki, bəzən uğrunda çalışıb, lakin
əldə edə bilmədiyimiz bir şeydə dərin
hikmətlər var. Necə ki, Uca Allah buyurur:
“Bəzən xoşlamadığınız bir şey sizin üçün
xeyirli, bəzən də xoşladığınız bir şey sizin
üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz
bilməzsiniz.” (Bəqərə, 116)
_______
8- Keçmişi unuda bilməmək
_______
Bəziləri deyir ki, keçmişdəki acılarımı unuda
bilmədiyim üçün tez-tez depressiya halına
düşürəm. Halbuki Qurani-kərim bizə belə
halları unutmağı tövsiyə edir. Qurana görə,
keçmiş artıq keçmişdir: “ Onlar bir ümmət idi
ki, keçib getdi ”. (Bəqərə, 134)
Yəni keçmişə mazi deyərlər.
_______
9- Seçim
_______
Çox az görünsə də, bəzi hallarda depressiya
bir seçim də ola bilir. Təəccüblənməyin! Bəzi
insanlar yaxınlarının və dostlarının diqqətini
cəlb etmək üçün, ilk öncə özlərini dərdli-qəmli
aparmağa çalışırlar. Sonra isə özləri də
həqiqətən depressiyaya düşdüklərinə
inanırlar. Belə şəxslər bilməlidir ki, gözəl
əməllərlə Allahın diqqətini cəlb edərək Onun
sevgisini qazanarlarsa, o zaman Allah da
onları sevib, başqalarının diqqət və sevgisini
onların üzərinə yönəldəcəkdir.
_______
10-Hormonal pozuntu
_______
Bir sıra hallarda insan hormon pozuntusu
nəticəsində depressiyaya düşə bilir.
Statistikaya əsasən, tiroid xəstəliyi olanlar da
hormonal pozuntu daha artıq müşahidə
olunur. Təbii ki, belə bir halda mütləq
mütəxəssis həkimə müraciət olunmalıdır.
İslam mənbələrində, idman etmək, dostlarla
zarafatlaşmaq, səmimi söhbətlər, açıq-aydın
rəngli paltarlar geyinmək, başqalarına yaxşılıq
etmək, şad və səmimi mühitlər, Uca Allahın
lütfünü və bizə bəxş etdiyi nemətləri tez-tez
xatırlamaq qəm-qüssənin aradan getməsi
üçün əsas amillər kimi tanıtdırılmışdır.
Sonda, hər zaman şad qalıb, qəm, kədər və
depressiyadan uzaq olmaq üçün İmam
Sadiqin (ə) buyurduğu bir tövsiyəni, şərhsiz
sizlərə təqdim edirəm:
“ On şey şadlığa səbəb
olar;
_______
1- Piyada yol getmək.
_______
2- Miniyə minmək.
_______
3- Başı suya salmaq.
_______
4-Yaşıllığa baxmaq.
_______
5-Yemək-içmək
_______
6- Cinsi əlaqə
_______
7-Diş fırçalamaq.
_______
8- Gözəl qadına (halalına) baxmaq.
_______
9- Başı Hatmı gül suyu ilə yumaq.
_______
10-Agıllı insanlarla
söhbət etmək.”
_______
Hər birinizə dünyanın halal ləzzətlərindən
bəhrələnməyi, ilahi gözəlliklərindən zövq
alamağı, şad və xoşbəxt yaşamağı
arzulayıram. Gülüş hər bir insanın haqqıdır.
Tanrının bizə bəxş etdiyi bu özəl haqqı heç
bir zaman unutmayaq.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев