Gözəl insan Yaqut Məsimovaya
Alnında Allahın nur işığı var,
Yerdə İlahinin üzüdür Yaqut.
Hüsnündə cənnətin yaraşığı var,
Kamil gözəlliyin özüdür Yaqut.
Üzündən gün doğur, alnından hilal,
Sadədən sadədir, sevmir cah-cəlal,
Tərəzisi haqdı, pərsəngi halal,
Bütün əyrilərin düzüdür Yaqut.
Sevgisi uğrunda canından keçər,
Müdrikdir, aqildir, yüz ölçüb-biçər,
Halalı, haramı uzaqdan seçər,
Haqqın, ədalətin gözüdür Yaqut.
Göydən neçə huri, ya mələk enə,
Hüsndə, əməldə tay olmaz yenə,
Qıymaz ruhundakı qığılcım sönə,
Elin nur çırağı, közüdür Yaqut.
Qönçə doğulanlar gülə çevrilir,
İnciyə, yaquta, lələ çevrilir,
İnsan əməliylə elə çevrilir,
Çox dərdə, kələfə çözüdür Yaqut.
İşıqdır əməli, nurdu qayəsi,
Səsi həzin muğam, şurun mayəsi,
Hər sözü hikmətli Quran ayəsi,
Allahın bəndəyə sözüdür Yaqut...
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 7