Предыдущая публикация
Bu dünyada əyri yoxdu,
Əyri düzün kölgəsidi.
Söndürsən də xeyri yoxdur,
Həyat közün kölgəsidir.
Həyat sevməz soyuq yeri,
Dərd düşməmiş duyuq, yeri,
Dağ döşündə oyuq yeri,
Çökən dizin kölgəsidir.
Odur ki, qartal ol şığı,
Gör zirvədə yaraşığı,
Savab könlünün işığı,
Günah gözün kölgəsidi.
Nur paylamaq gün işidi,
Gündən danış, günəşi de,
Şeir ruhun günəsidi,
Şair sözün kölgəsidi.
Məmməd ötürdün genləri,
Qarışıb torpağa əri,
Ağardan qara günləri,
Bəyaz bezin kölgəsidi...
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 3