Gözəlliyi
Yayın ortasında üşütmə salıb
Canıma sinənin qar gözəlliyi.
Kallarımı töküb, dəymisim qalıb,
Bağca gərdəninin bar gözəlliyi.
Cırtqozuq, sükranlıq, səbir bilmirik,
Qəşəng ev tikənik, qəbir bilmirik,
Buvecik, nankoruq, qədir bilmirik,
Bizdən yaxşı duyur xar gözəlliyi.
Heyif ki, çap edir görən qəzetçi,
Dadan yox, görənlər günahkar keçi,
Düymələr sinəndə qəddar gözətçi,
Qoymur nəfəs alsın nar gözəlliyi.
Görsün qoy, məhrəmə ayıb ki olmur,
Görməyən görməsə mayıf ki olmur,
Hər ağ atlı bəydə hayıf ki, olmur,
Namus gözəlliyi, ar gözəlliyi
Gözəllik önündə aciz hər silah,
Şair sülh adamı, əlhəmdülillah,
Dünyanı mükəmməl yaradıb Allah,
Yoxdan olanın da var gözəlliyi.
Yarpaqlar saralıb,
Atı mən
Türkün budağı kimdi,
Zatı mənəm, zatı mən.
Quzey, güney mənimdi,
Batı mənəm, batı mən.
Bir az göylə gedirəm,
Sözü gərək yedirəm,
Sözlə bihuş edirəm,
Patı mənəm, patı mən.
Sevir məni yol anam,
Ruzi gəzəm, dolanam,
Öz boynuma dolanan,
Çatı mənəm, catı mən.
Güzgüsüyəm çəplərin,
Saxtaların, qəlplərın,
Daşa dönən qəlblərin
Çatı mənəm, çatı mən.
Uyumuşam röyada,
Yoxdu kimsəm oyada,
Bu dumduru dünyada,
Qatı mənəm, qatı mən.
Ruhum cocuq, fəristə,
Yaşama yox səriştə,
Hər çətində, zor işdə,
Fatı mənəm, Fatı mən
Nuram qəlbə süzülən,
Görünməm hər göz ilən,
Göylərin eşq süzülən,
Qatı mənəm, qatı mən.
Məmməd, ölçmə quşqunun,
Söz çiynində quş, - qonub,
Dünya adlı qoşqunun,
Atı mənəm, atı
Keçdim yanımdan
Ruhum toz tutan güzgü,
Silib keçdim yanımdan.
Nə dost gördü, nə özgə,
Gəlib keçdim yanımdan.
Unutdum o çağları,
Ölü gördüm sağları,
Qəlbimdəki dağları,
Dəlib keçdim yanımdan.
Gördüm o dağda quşam,
Uçmağı unutmuşam,
Həyata tabutmuşam,
Bilib keçdim yanımdan.
Sevdim dərdi dadanda,
Girib nur oldu qanda,
Anamı ağladanda,
Gülüb keçdim yanımdan.
Nə haqqı söy, nə piri,
Məmməd, sakitləş kiri,
Keçmək çətinmiş diri,
Ölub keçdim yanımdan.
Bəxtəvərlikdi
Səhvin var, bədbəxtəm, söyləyən adam,
Bu dünyaya gəlmək bəxtəvərlikdi.
Boynunda kəndirdə güləndə edam,
Arzu tuta bilmək bəxtəvərlikdi.
Şairlər məhkumdur söz ağrısına,
Gözəllik dəvadı göz ağrısına,
Çoxları ağlayır öz ağrısına
Əzabına gülmək bəxtəvərlikdi.
Gül, amma öyünmə yad daşın ilə,
Sonda tək qalırsan yaddaşın ilə,
Tövbə hüzurunda göz yaşın ilə,
Öz ruhunu silmək bəxtəvərlikdi.
Həyatın altını üstünə çevir,
İçində zarıyan o taxtı devir,
Şairə nə var ki, hər yaşda sevir,
Bu yaşda sevilmək bəxtəvərlikdi.
Hərdən quru görsə çeşmini çesmək,
Sevgi yay, nə lazım köhnə gör eşmək,
Sevdası yolunda çöllərə düşmək,
Qayaları dəlmək bəxtəvərlikdi.
Nə olsun hər günün nalədi, ahdı,
M
Sevgülü güldü
Qızım Sevgülün doğum gününə
Kökdən çiçəklənir oğul da, qız da,
Mənim üç adım var, biri, Sevgüldü.
Sevirəm hər gülü çicəkli yazda,
Amma Sevgül gülüm sevgili güldü.
Qarımı əritdi, coşub çağladım,
Ürəyimi verdim, könül bağladım,
Bəxtimə ətirli bir gül ağladım,
İlahi üzümə Sevgülü güldü.
Şevgili gülümdən murada yetdim,
Gördüm qanadlıdı, özümdən getdim,
Tikan sevdalıya etibar etdim,
Dedim, muradındı, sev gülü, güldü...
Kaş belə çiçəklər hər evdə bitsin,
Hüsnünü görənlər nur alıb getsin,
İlahi bu gülü bəxtəvər etsin,
Məmməd, doyunca sev Sevgülü, güldü...
Bilsin
Səni sevdiyimi heç gizlətmirəm,
Bəyan et uzağa, yaxına, bilsin.
Qorxmuram, burdayam, çıxıb getmirəm,
Get söylə azına, çoxuna, bilsin.
Məni gicbəsər say, götür vedrə qoş,
Domdolu kainat sevgisiz bomboş,
Sən necə alovsan, kül olmaq nə xoş,
Gəlsin mənim qədər yaxına, bilsin.
Gələndə sordumu neçə yaşın var,
Neçə ürəyin var, neçə başın var,
Eşqi qınayana bir qarğışım var,
Düşsün sevgi adlı axına, bilsin.
Qəsəngcə tanıyır, torpaq, göy məni,
Demirəm təpəmə çırpıb döy məni,
Elə qarğış elə, elə söy məni,
Daş olan qəlbimə toxuna bilsin.
Məmməd, kim hökm edər, daşı sevgini,
Qıymaram ruhumdan daşa sevgini,
İncimə, yazacam daşa sevgini,
Milyon il sonra da oxuna bilsin.