Həzrət Davud (ə) Allaha buyurur: “Mənim behiştdəki həmdəmim və yoldaşım kimdir?”. Davuda xitab olunur: “Sənin behiştdəki yoldaşın evdar bir qadındır”.Həzrət Davudun (ə) təəccübü səbəb olur ki, o, həmin qadının evinə getsin və qapını döysün. Qadın qapıya gəlir və Davudu görür və ona deyir: “Mənim haqqımda vəhy gəlmişdir ki, mənim evimə gəlmisən?”.Həzrət Davud (ə) buyurur: “Bəli”.Qadın deyir: “O, nədir?”.Həzrət Davud (ə) deyir: “Bu, sənin fəzilətin haqqında olan İlahi vəhydir”.Qadın deyir: “O, mən deyiləm. Ola bilsin ki, mənimlə eyni adda olan başqa biri olsun. Məndə onun ləyaqəti yoxdur”.Davud deyir: “O qadın sənsən”.Qadın deyir: “Allaha and olsun ki, o iş ki, məni bu məqama çatdırmışdır, özü