Əgər bir uşaq davamlı tənqid olunmuşsa,
Qınamağı və ayıblamağı öyrənər.
Əgər bir uşaq kin mühitində böyümüşsə,Döyüşməyi öyrənər.
...
Əgər bir uşaq lağ edilib alçaldılmışsa,
Sıxılıb utanmağı öyrənər.
Əgər bir uşaq davamlı utanc duyğusuyla öyrədilmişsə,
Özünü günahlandırmağı öyrənər.
Əgər bir uşaq təriflənmiş və bəyənilmişsə,
Təqdir etməyi öyrənər.
Əgər bir uşaq davamlı dəstəklənilib ürəkləndirilmişsə,
Özünə güvənməyi öyrənər.
Əgər bir uşaq haqqına hörmət göstərilərək böyümüşsə,
Ədalətli olmağı öyrənər.
Əgər bir uşaq güvən mühiti içində yetişmişsə,
İnanclı olmağı öyrənər.
Əgər bir uşaq qəbul və təsdiq görmüşsə,
Özünü sevməyi öyrənər.
Əgər bir uşaq ailə içində dostluq və yoldaşlıq görm
İmam Cəfər Sadiq əleyhissalam buyurur:1. Cənnəti qazanmağın yolunu axtardım, onu səxavətli olmaqda tapdım.2. Salamatlığın yolunu axtardım, onu guşənişin olmaqda (camaatdan uzaq gəzməkdə) tapdım.3. Əməl tərəzisində yaxşı əməllərimin ağır olmasının yolunu axtardım, onu “la ilahə illAllah, Muhəmmədun rəsulullah” zikrində tapdım.4. Cənnətə sürətlə və tez girməyin yolunu axtardım, onu bütün işləri Allaha xatir etməkdə tapdım.5. Ölümü sevməyin yolunu axtardım, onu mal-dövlətdən Allahın razılığını qazanmağa xatir ehtiyaclı olanlara bəxşiş etməkdə tapdım.6. İbadətin şirinliyinin yolunu axtardım, onu günah etməməkdə tapdım.7. Qəlbin incəliyinin yolunu axtardım, onu aclıq və susuzluqda (oruc tutmaq, y