As Səlamu Əleykum qardaş və bacılar.
Bu gün Cümə günüdür, hər kəs səmimi qəlbdən dua edib, alibaşkomandana cənab prezident İlham Heydər oğluna Allahdan can sağlığı diləyək və bütün düşmənlərimizlə mübarizədə qələbə nəsib etməsini diləyək.
Əvvəlcədən hər kəsə təşəkkür edirəm.
Bəqərə Surəsi.
Bismilləhir-rəhmanir-rəhim.
2:151
Həmçinin (ne’mətimizi tamamlamaq məqsədilə) sizə ayələrimizi oxumaq, sizi (günahlardan) təmizləmək, Kitabı (Qur’anı), hikməti (şəriəti, halalla haramı) və bilmədiklərinizi öyrətmək üçün sizə öz içərinizdən bir peyğəmbər göndərdik.
2:152
Belə olduqda siz (itaətlə) Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın!
2:153
Ey iman gətirənlər! Səbir və dua ilə (namazla Allahdan) kömək diləyin. Çünki Allah səbr edənlərlədir (onların dostudur).
2:154
Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.
2:155
Əlbəttə, Biz sizi bir az