1920-ci il aprelin 26-da Azərbaycan Demokratik Respublikası parlamentinin son iclaslarından biri keçirildi. İclasda Rusiyanın 11-ci ordusunun Azərbaycan ərazilərinə müdaxiləsi məsələləri müzakirə olundu, qərara alındı ki, bu barədə bəyanat dünyanın bir çox ölkəsinə göndərilsin. Təəssüf ki, o vaxt xarici ölkələr həmin müdaxiləyə düzgün qiymət verə bilmədilər. Nəticədə 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Cümhuriyyəti fəaliyyətini dayandırmalı oldu.