ÜŞÜYƏN QIZ... Qollarım sinəmin yiyəsin gəzir, Sinəm doğma kəsin, ay üşüyən qız. Küsüb ayrıldığın görüş yerini, Üşüdüb nəfəsin, ay üşüyən qız. Ağrılar boy atıb xatirələrdə, Düşüb yaman yerdə xatirə dərdə. Mən də lal olmuşam, xatirələr də, Niyə gəlmir səsin, ay üşüyən qız ?!. Gəl apar, nə qalıb şeirə kimi, Həsrətin olmadı şeir həkimi... Səni isitməyən şeirlərimi, yandır bir az isin, ay üşüyən qız.
OĞUL YİYƏSİ
Ömür sarayından bir kərpic düşür,
Viran qismətinə baxır yiyəsi...
Bir dağla yaşayır uçuq komada,
Bir dağı aşıran oğul yiyəsi...
Doğrunu yaşadan dəli can olar,
Dəli şeirlərin dili can alar...
Dolub ağıllıyla dəlixanalar,
Sağırın mübarək, ağıl yiyəsi...
Şeir ürəklərə... şeirdir peşə,
Düşüb ağacdələn küyünə meşə...
İnanma göylırdən üç alma düşə,
Nağılın mübarək, nağıl yeyəsi...
SƏN NECƏ?
Şair dosrum Məhəbbət Kəlbəcərliyə...
Məhəbbətin baş bəlası Məhəbbət,
Mən səninlə öyünürəm, sən necə?
Vətən-vətən nidalarla doluram...
Göz yaşımda yuyunuram, sən necə?
Sözlərimin dadı qalır vurğuda,
Yaraları sağalmayır sarğıda...
Araz kimi qıvrılıram ağrıdan,
Xəzər kimi döyünürəm, sən necə?
Vərəqlərdə misralarım dərd vəri,
Vər üstündən boylanıbdır dərd bəri...
Ürəyimi beşik sayan dərdləri,
Şeir-şeir böyüdürəm, sən necə?
Rəsul Murovdağlı.
Gəncə 16.02.2022
MƏN BELƏ
Şair dostum Rəsul Murovdağlıya...
Murovdağın, Murovdağlı şairi,
“Yanılmısan”, sən beləsən, mən belə !
Eşqim “gözəl şumlar əkib” başımda,
“Sünbülləyib” çaçlarımda dən belə !
Namələri yardan yellər gətirir,
ADAM...
Əvvəlindən sona qədər...,
Vidanı ağlayır adam.
Hər vidanın sonundakı,
Nidanı ağlayır adam.
Daşır gözlərində yaşı,
Yaşı "suya çəkir" yaşı... .
Hər gün ya qaralan qaşı,
Ya danı ağlayır adam.
Arzusu kəsir olanda,
Kəsiri əsir olandan,
Adamlıq yesir olanda,
Adamı ağlayır adam.
...