Qardaşdır bacının şanı, şöhrəti,
Kimsə dana bilməz bu həqiqəti.
Bacıya yetirər daim diqqəti,
Ömür yollarımda mayakdı qardaş,
Ata ocağına cıraqdı qardaş.
Ata əvəzidir, ata öləndə,
Daşıyır qayğını ciyinlərində.
Böyüklük sezilir əməllərində
Bacıya ən böyük dayaqdı qardaş,
Ata ocağına cıraqdı qardaş.
Biri məyus olsa, yatmaz sübhəcən,
Ondan başqa kim var, səsə səs verən?
Bacıya ən böyük, ən ali güvən,
Evimdə ən əziz qonaqdı qardaş,
Ata ocağlna cıraqdı qardaş.
Ona deyiləcək hekayətim var,
Bəzən özümdən də şikayətim var,
Bir ömür qardaşa vəkalətim var.
Ən gözəl günlərə soraqdı qardaş
Ata ocağına cıraqdı qardaş.
Adına, canımı qurban verərəm,
Qaşları catılsa, cətin gülərəm.
Yolunda ömrümü fəda ed