Əvvəl örpək atıb, don geyinərdin.
Doğmadan, özgədən həya edərdin.
Yad kişi görəndə üz gizlədərdin
Nə oldu bu qədər dəyişdin, qadın?
Örpəyin başından açıldı, düşdü
Ətəyin dizindən, üstə sürüşdü.
Elə ki, sinənlə günəş görüşdü
Guya ki, müasir sayıldın qadın?!
Kifayət etmədi, kürək açıldı
Qısalmış yubkaya razrezi saldı
Yetmədi, göbək də bayırda qaldı
Yenə də nəfəsin darıxdı qadın?!
Əl atıb kişidən şalvarı aldın
Gen oldu əyninə, tikib daraltdın
Ürəyə yatmadı sonra qısaltdın
Yenilik axtardın yenə də, qadın.
Artıq şalvarı da parçalayırsan
Rahat görünməyə yerlər açırsan
Bu qədər sürətlə hara qaçırsan?
Barı yarpaq götür özünlə qadın.