Tövbə nədir?
Tövbə insanın keçmiş əməllərindən peşman olmasıdır.
O kəsə həqiqi tövbəkar demək olar ki, doğrudan da, səmimi qəlbdən keçmiş günahlarından peşman olsun.
Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:
"(Günahdan) peşman olmaq tövbədir."
əl-Həqayiq 386-cı səhifə
Düzdür ki, Allah tövbəni qəbul edir və günahları bağışlayır, lakin təkcə dildə "əstəğfirullah" deməyi, yaxud peşmançılıq izhar etməyi, yaxud da bəzən ağlamaq kimi işləri həqiqi tövbəyə dəlil hesab etmək olmaz.
Yalnız üç olamətin varlığı ilə tövbəni həqiqi hesab etmək olar:
Keçmiş günahlardan qəlbən peşman olub onlara nifrətlə yanaşsın. Öz-özlüyündə qəmlənib peşman olsun və xəcalət hissi keçirsin.
Gəl
Batil ilə mübarizə aparan bəsirətli möminin mövqeyini zəiflətmək olar, amma onun Özünü zəiflətmək mümkün deyil. Eşqdən yaranan kəs zəif ola bilməz. Düşmən bunu gözəl anlayır.