Bəzən öz özümə deyirdim ömrüm,
Qaynayan çağlayan bir çaya bənzər.
İndi yavaş - yavaş qanıram ömrüm,
Ovcumda tutduğum suya bənzəyir.
İllər necədə tez keçir....
İmam Baqir (ə) buyurur: "Bir gün Rəsuli-əkrəm (s) bu xütbəsində buyurdu: "Sizlərdən ən pis adamın kim olduğunu xəbər verimmi?". Dedilər: Bəli, ya Rəsulləllah. Buyurdu: "Başqasına xeyri çatmayan kəs, quluna və öz tabeliyində olan adamlara çətin tutan, təkcə özü üçün azuqə götürən, qonşusu və yoldaşını fikirləşməyən, tək yeyən kəs".
Bu hədisin nümunəsi Amerikadır. Xeyrinə heç bir ümid yoxdur və şərrindən heç kəs amanda deyil! İmperializm belədir. Bu bir reallıqdır. Dünyada hamı özü üçün işləyir və öz xeyrini güdür.
Elə ki, həzrət bunu buyurdu, səhabələr yenə elə fikirləşdilər ki, "ən pis insan odur ki, xeyrinə ümid olmasın və şərindən aman olmasın". Həzrət buyurdu: "İstəyirsinizmi, bundan da