Bu gün Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi Mirsaleh Seyidovun rəhbərliyi altında Penitensiar xidmətdə aparılan islahatların əsas məqsədi qanunçuluğun möhkəmləndirilməsindən və kadrların peşəkarlıq səviyyəsinin artırılmasından ibarətdir. Bunun bariz nümunəsi kimi 10 iyul 2023-cü il tarixdə Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi vəzifəsinə Mirsaleh Seyidovun təyin olunmasından sonra Penitensiar xidmətdə həyata keçirilən köklü və institusional islahatları, əsasən də uğurlu və düzgün kadr siyasətinin həyata keçirilməsini, xidmətin maddi-texniki bazasının möhkəmləndirilməsini göstərmək olar. Cənab Nazir müavini Mirsaleh Seyidovun qarşıya qoyduğu vəzifələrdən biri,