Mən səni sevdim.
Cox kəslər icində mən səni sevdim,
Həm özümü sevdim,həm səni sevdim.
Bu dünya doluykən gözəlliklərlə,
Gözümdən getməyən,nəm,səni sevdim.
Hər kəs doğru seçdi yol yoldaşini,
Ürək yoldaşını,yar yoldawını.
Hamı cox sevəndə can sirdaşını,
Sirdaşım olmayan,mən səni sevdim.
Hər halın qarşımda gəldi,dayandı,
Halıma uzaqdan baxdı,dayandı.
Hətta,yadlar belə halıma yandı,
Halıma yanmayan,mən səni sevdim.
Dedilər,qədərdi,qismətdi,baxtdı,
Kiminə köləlik,kiminə taxtdı.
Üzünü görməyə belə, nə vaxtdı,
Qismətim olmayan,mən səni sevdim.
Demirəm,dərdliyəm,qəm içindəyəm,
Hər gün aglayıram,nəm içindəyəm.
Sormadın,nə üçün bu bicimdəyəm,
Məni anlamayan, mən səni sevdim.
Uçmadim bəxtəvər mələk