Heç olmasa ömründə bircə yol
dəlilik edəsən...
Bir addım geriyə çəkilib,
Yer kürəsinin üstündən atılasan...
Günəşə gözlərini qıymadan baxıb,
qucaqlayasan tikanlı bir gül kolunu.
Saçlarını daramamış çıxasan evdən.
Heç olmasa ömründə bircə yol
dəlilik edəsən...
Birini acı çəkmək üçün sevəsən..
Sabahınız xeyir dostlar.
Hər kəsin gözlədiyi bir mesaj var..Bəziləri o mesajın gəlməyəcəyinə özünü inandırmışkən bəziləri hər kəsin mümkünsüz saydığı o mesajı ümidlə, gözlərində işıltıyla gözləyir..
Bəzilərinin mesajı gözlədiyi insanlar, bir quru mesajının fərqində belə deyillər, halbuki, bir yazsalar , birinə dünyaları verəcəklər, xəbərləri yoxdur..Bəziləri qürur edib, yazmamaqda o qədər püxtələşib ki, hissizləşib, duyğularını qüruruna qurban verib..
Bəziləri isə heç vaxt yazmayacaq, çünki heç vaxt peşmançılığın ağuşuna atılmayacaq, geriyə dönüb baxmayacaq. Çünki hər kəs sədaqətli deyil, gördüyü dəyəri bəxş etməyi bacarmır..
Sabahınız xeyir dostlar...
Sizinlə yaşayacağı qışı başqasının baharına dəyişməyəcək birini sevin.Sevgisini tək sizə verə bilən birini sevin.Sizə günəş qədər uzaq olan,ama istisi qədər yaxın ola biləcək birini sevin.Yalnış insanları doğru sevgi ilə sevəndə gedirlər.Siz o böyük sevginizi kiçik insanlarla alçatmayın.Sevginizi böyüdə biləcək birinə verin.Sizin yanınızda olmağı,milyonların qarşısında olmağdan üstün tutacaq birini sevin.Sevin ama sevgisi uğruna hərşey edəcək birini sevin.Başqa şeylər uğruna sevgisini atan birini deyil..
Kişi qadını dinləsə, qadın ürəyini boşaldar...
Qadın kişini dinləsə, kişi ruhən rahatlar...
Valideyn övladı dinləsə, övlad onlarla dost olar...
Övlad valideyni dinləsə, xoşbəxt olar...
Dinləməyi bacarmaq lazımdır, dinləməyi.....
Heç kim üçün daha çox çabalama. Hər şeyin artığı zərərdir bu həyatda. Yəni kimdən nə gözlədiyinə diqqət et. Sevməyi bilməyəndən sevilməyi, iç sükunəti olmayandan sənə sükunət verməsini, qəlbində pislik olanın sənin etdiyin yaxşılıqların dəyərini bilməsini gözləmə, çünki başımıza nə gəlirsə yanlış insanlardan doğru şeylər gözlədiyimiz üçün gəlir...