Vurulan məmurların bilərəkdən “şişirdilməsi” və birdən “partladılması”
Yazıq xalqımız bəlkə heç indi də ayılmayıb, bilmir ki, “vurulan” məmurların zir-zibillərinin bu qədər üzə çıxması onlara əvvəldən qurulmuş bir tələdir. Özləri də bu tələdən xəbərdar idilər. Amma yığdıqları sərvət, var-dövlət şirin olduğu üçün qəflətə varmışlar.
İndi də başlayıblar dahi şairimiz Bəxtiyar Vahabzadənin oğlu İsfəndiyar Vahabzadənin səfir işləyərkən etdiyi özbaşınalıqları, xəyanəti, dövlətə vurduğu zərbələri (?!) ifşa edib qəzetlərdə yazmağa. Bu işdə həmişə olduğu kimi Müsavat qəzeti yenə aktiv rol oynayır.
O, indiyədək nə qədər ki, səfir işləyirdi, hakimiyyətin bir parçası sayılırdı və heç kim ona güldən ağ