Masallıda selin fəsadları hələ də aradan qaldırılmayıb
İki gün əvvəl intensiv yağıntılar səbəbindən Masallının ayrı-ayrı yaşayış məntəqələrində , habelə rayonun Təklə kəndində 50-ə yaxın fərdi yaşayış evlərinin, əkin sahələrinin sel sularının altında qalması barədə məlumat vermişdik. Adıçəkilən kənddə hazırkı vəziyyəti öyrənmək məqsədi ilə əməkdaşlarımız ərazidə olublar. Vəziyyət dəyişməz olaraq qalıb. Tək dəyişən havanın günəşli olmasıdır.Yəni aramsız yağan yağış və qar dayanıb. Çayda suyun səviyyəsi də aşağı düşdüyündən həyətlərə dolan su qismən də olsa çəkilib.Amma bununla belə həyətlərdə ,evlərdə yenə su qalıb.Yerli sakinlərin sözlərinə görə əraziyə iki traktor göndərilsə də onlar da heç bir iş görə bilməyiblər.Evlərin zirzəmilərinə ,həyətlərə dolan sular elə sakinlərin özləri tərəfindən qismən də olsa azaldılıb.Yerli sakinlərin bir neçə ildir ki, analoji problemlə qarşılaşdıqlarını deyirlər.
Показать еще
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше интересных видео и найти новых друзей.