Mirzə Fətəli Axundovun 150 illiyinə həsr olunmuş film (1962 ci il)
Filmi rejissor Niyazi Bədəlov tərəfindən 1962-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun anadan olmasının 150 illiyinə həsr olunmuşdur.
Məznun: Kinooçerk Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun anadan olmasının 150 illiyinə həsr olunmuşdur.
Film bizi böyük filosof, şair, dramaturq M.F.Axundovun uşaqlıq illəri, mürəkkəb həyatı və fəaliyyəti ilə, onun Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklərlə tanış edir.
Burada dramaturqun məşhur "Hacı Qara" pyesindən bir səhnə ekranlaşdırılmışdır.
Bu tarixi-bioqrafik film Tiflisdə M.F.Axundovun qəbri önündə və Bakıda böyük maarifçinin abidəsi qarşısında keçirilən təntənəli mərasimlərlə qurtarır.
Показать еще
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше интересных видео и найти новых друзей.