GENERAL...
***
Sağlığında əfsanə, indi oldun bir düha,
Belə dastan yazanlar ümid verir sabaha,
Əmin oldu el-oba, millət, vətən bir daha,
Bildi bütün məmləkət qiymətini, general,
Qəhrəmanlar yaşadır millətini, general,
***
Doğulanda anadan adın qoyuldu Polad,
Yurdun hər səngərində qaldı izin, qoydun ad,
Sənin amalın idi vətəni etmək azad,
Canından çox sevirdin dövlətini, general,
Qəhrəmanlar yaşadır millətini, general,
***
Tarixlərdə hər millət belə oğul yetirməz,
Tabutun əllərində vətən boyu gətirməz,
Belə igid itgisin vallah yer-göy götürməz,
Dinləmədik doyunca söhbətini, general.
Qəhrəmanlar yaşadır millətini, general,
***
Kabusuna çevrildin düşmənlərin cəbhədə,
Adından əfi düşmən qovrulur