Предыдущая публикация
Həyat nəqliyyat növüdür,
Uşaq mindim, qoca düşdüm.
Gedəndə bir şəyird idim,
Qayıdanda xoca düşdüm.
Yetim ikən oldum yiyə,
Allahı qaldırdım göyə,
Dostlar boğulmasın deyə,
Çox ocağa baca düşdüm.
An aldım gün dəyərinə,
Gün səpdim gündə yerinə,
Can qoydum kündə yerinə,
Qızdırdığım saca düşdüm.
Eşq oduna yandım erkən,
Hamı öldü, yox su tökən,
Əvvəlimi axtarırkən,
Gəlib bir sonuca düşdüm.
Məmməd, yasdan keçir toylar,
Qoymur qaçam kökdən soylar,
Bağışlasın bəstəboylar,
Sözlə bir az uca düşdüm...
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 5