Предыдущая публикация
Allah, bəlkə mən ölmüşəm,
Çoxuna qərib gəlirəm.
Haram meyvələr görmüşəm,
Səbr elə, dərib gəlirəm.
Ürək bənzəyir şüşəyə,
Dözə bilmir əndişəyə,
Qərib ruhlu bənövşəyə,
Könlümü sərib gəlirəm.
Keçməsəm də bəxt bölməsin,
Atmadım Allah kəlməsin,
Nə qaldı başa gəlməsin,
Hər şeyi görüb gəlirəm.
Soruş məni çoxusundan,
Doymadım eşq yuxusundan,
Bilən duyur qoxusundan,
Günaha girib gəlirəm.
Çox da nəfsi qoydum dincə,
Yedi ömrü incə - incə,
Yetismədim bir sevincə,
Dərdlərə ərib gəlirəm.
Dərd sarıdan gözüm toxdu,
Səbr elə, say Məmməd yoxdu,
İçimdə ölənlər çoxdu,
Fatihə verib gəlirəm.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 6