Предыдущая публикация
İtin əzabın çəkməkdən,
Pir haqqı itə dönmüşəm.
Arsız-arsız gülürəm mən,
Sıyrılıb şitə dönmüşəm.
Neyləyim axı mən fağır,
Çəkim yüngül, yüküm ağır,
Üzümdən zəhrimar yağır,
Vallah ifritə dönmüşəm.
Verib suya papağımı,
Tuturam leş, çapağımı,
Yeyirəm öz yarpağımı
Birəyə, bitə dönmüşəm.
Secdim halal əmək, nolar,
Dedim Allah kömək olar,
Bu qədər dərd yemək olar,
Kökəlib kitə dönmüşəm.
Tez-tez dolub boşalıram,
Sanırlar ki, sur çalıram,
Heç nədən hay-küy salıram,
Həyasız fitə dönmüşəm.
Yeyənim də yoxdu, şoram,
Zarıldayan muğam-şuram,
"Qaz"lıqda qəşəng məşhuram,
Brendə, xitə dönmüşəm.
Məmməd, neynim, nə qayıram,
Baş qalmayıb baş ayıram,
Ölə-ölə yaşayıram,
Diri meyitə dönmüşəm...
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 3