Yaz vaxtında
Nədən küsüb arı könlüm,
Çiçəklərin naz vaxtında.
Qışdan çıxa bilmir ömrüm,
Bu dünyanın yaz vaxtında.
Unudulub dostlar, yadlar,
Silinir o tamlar, dadlar,
Harda idi o qanadlar,
Ruhumun pərvaz vaxtında.
İndi cismim axsaq yabı,
Bir şallağa yoxdu tabı,
Dinc oturmur dərd mizrabı,
Əhvalın ən saz vaxtında.
Özüm qırıq bir sazmışam,
Tanıyan gündən azmışam,
Dərin gunahlar qazmışam,
Ağlımın dayaz vaxtında.
Dərdlər daraşıb canıma,
Rəngini qatıb qanıma,
Burünmüşəm imanıma,
Taleyin ayaz vaxtında.
Qurd kimi ulayıb Aya,
Nisgil qatmısam duaya,
Düsmüsəm qara sevdaya
Saçımın bəyaz vaxtında.
Ərit ömrün xəlitəsin,
Çək könlünün xəritəsin,
Ayrı göstər eşq qitəsin,
Məmməd, yarat, yaz vaxtında.
Ulu öndər
Azərbaycan, ana vətən, odlar yurdu,
Qoca şərqin qapısında cümhuriyyət doğulurdu,
Zülmətlərin ağuşunda can verirdi, boğulurdu,
O gəldi bir xilaskar tək,
Zəkasıyla göstərdi nur yolu öndər,
Fövqəlbəşər dahi rəhbər, ulu öndər, ulu öndər.
Azərbaycan bir dənizdi, zaman-zaman dalğalandı,
Çox niyyətlər külək oldu, ləpələndi, çalxalandı,
Hər sözündə millət dedi, öz xalqına arxalandı,
Qəlbi sevgi, məhəbbətlə dolu öndər,
Fövqəlbəşər dahi insan, ulu öndər, ulu öndər.
Şan-şöhrətli bu günümuz haqqın ilə yazılandı,
Dostlara can etdik fəda, düşmənimiz cəzalandı,
Şeytana görk, şərə rəğmən Bakı-Ceyhan imzalandı,
Ağ sabaha verdi fərman, Allah çəkdi qolu, öndər.
Fövqəlbəşər dahi rəhbər, ulu öndər,
Dilənçi qarı
Əylən, gedən yolçu, nəzir ver, əyil,
Bəlkə adam deyil, haqqın özüdür?
Bu qarı adi bir dilənçi deyil,
Bu əl ehtiyacın qara üzüdür.
Soyuqdan bükülüb yumağa dönüb,
Bu qara yumaqdan qara əl çıxıb.
Bu əlin bəxtəvər çağları sönüb,
Bu əldən o qədər inci, ləl çıxıb...
Dişi-dirnağıyla ömrünü söküb,
Çörəksiz qoymayıb gül balaları.
Canını xərcləyib saraylar tikib,
İndi səkilərdə yaşayır qarı.
Haqq hanı, adamın tutulur dili,
O qədər yetimə qanad gərib ki.
Hamıya bərəkət paylayan əli,
Dilənçi əlinə kim döndərib, kim?
Bəs hanı canından can alan kəslər,
Özgəyə, yadlara açıb ovcunu.
Yurdundan didərgin salan nakəslər,
Kimə qaytaracaq ana borcunu?
Nə deyim, a millət, bizə də əhsən
Dilənir,
Salamat qalın
Nə qədər qara gün çıxsın danımdan,
Çəkilin böyrumdən, gedin yanımdan,
Bəsdir, Allah haqqı, bezdim canımdan,
Nə şüvən qoparın, nə haray salın,
Mən çıxıb gedirəm, salamat qalın.
Bu haqsız dünyanı haqqa səslədim,
Ürək yetisdirdim, könül süslədim,
Bütün ömür boyu çiçək bəslədim,
Mən zülümün çəkdim, arılar balın,
Mən çıxıb gedirəm, salamat qalın.
Sata bilməyincə saf vicdanımı,
Zəlilər yapışıb içdi qanımı,
Bir tikə ruziyə verdim canımı,
Ruhum çılpaq qaldı, ayağım yalın,
Mən çıxıb gedirəm, salamat qalın.
Nə gendə, nə dində tapmadım hüzur,
Ver bircə dərdimi, görüm kim dözür,
Nə molla əl çəkdi, nə də ki hüzr,
Səsin eşitmədim zurna- qavalın,
Mən çıxıb gedirəm, salamat qalın.
Nə olsu
Nə günahı var
Dunya təzə deyil, köhnə bəstədir,
Qanmayan sağlamdı, duyan xəstədir,
İlahi tənasüb, nizam üstədir,
Bu gün sevinənin sabah ahı var,
Burda İlahinin nə günahı var?
Bir loxma ruziyə dağdan aşırdı,
Kasıb sərvət tapıb, yaman şaşırdı,
Dünən var-dövləti başdan aşırdı,
Bu günsə cibində bircə şahı var,
Burda İlahinin nə günahı var?
Özümüz əyrilik hayandan baxsaq,
Sürümüz topaldı, keçimiz axsaq,
Binadan qulluğa meyilliyik, bax,
Aranın ağası, dağın şahı var,
Burda İlahinin nə günahı var?
Uğrasan tənəzzül bir pərvərişdi,
Hər kəs arzulayır məchul behişti,
Allahı qınamaq ən asan işdi,
Nər kəsin əlində nəfs silahı var,
Burda İlahinin nə günahı var?
Hər bəndə haqq bilib əkdiyin biçir,
Haq
Ar olsun
Sevgini həyatımın nur işığı sanirdım,
Sevgi saçan gözümü kor qoyana ar olsun.
Od qismətə şükr edib gecə-gündüz yanırdım,
Könlümün bağçasını kor qoyana ar olsun.
Bəs indi sağsan niyə, axı mənsiz ölürdün,
Mən gülsəm ağlayırdın, ağlayanda gülurdün,
Atəşimə yanandan od oğluyam, bilirdin,
Tonqalımı söndürüb qor qoyana ar olsun.
Qismətə dursəklənib mışıl-mışıl yatırdım,
Dan üzünə çevrilib zülmətə al qatırdım,
Azzara da can deyib zəhərə bal qatırdım,
Silib şəkər dilimi çor qoyana ar olsun.
Yarıma xoş gəlmədi, tam olmuşdum yarımda,
İsinmisdi həyatım, ərimisdi qarım da
Balıq kimi üzürdüm sevginin sularında,
Nəfsinin ucbatından tor qoyana ar olsun.
Məmməd, İlahi varkən, kimə uydum, İla