SÖZ
Həm incidi , həm də sərtdi hər anda ,
Əlbətdə ki , qəlbə xətir olanda ,
Anlayacaq hələ yaxşı yamanda ,
Çoxlarına tə'sir etsə yalan söz .
Kəlmələrin vardır sonu əzəli ,
Yarı ciddi yarı desək məzəli ,
Dədələrdən miras ata məsəli ,
Hikmətiylə uzun illər qalan söz.
Hərdən faydası var qiymətli zərli ,
Kimə xeyirlidi kimə düşərli ,
Bilsəkdə qılıncdan iti kəsərli ,
İlan təki zəhər olub çalan söz
Deyb danışılar hirs qəzəbdən ,
Gəzir el arası hansı səbəbdən ,
Uzaq düşmək olmur şərdən - şəpətdən ,
Ara vurub hissi satıb -alan söz.
Şirin dillər almasada qadanı ,
Çoxdur ləyaqəti ucuz tutanı,
Uzun illər əsir edib vicdanı ,
Hiylə qurub , çətin tora salan söz.
Belə həyat dərdimə gileyimdi ,
Düzgün
DOSTLAR
Ömür haraylandı ötdü vaxt ,vədə ,
Daha keçmişimiz qalıb kölgədə ,
Uşaqlıq , gənclik yadda hələdə ,
Gözüm sizi axtarır haralardasız ?,
Dostlar , sizdəmi intizardasız ? .
Göynədib içimi bu həyat mənim ,
San ki , xatirədir çölüm, çəmənim
Azalıb yox olur gedib gələnim ,
Bilirəm hərəniz bir diyardasız .
Dostlar , sizdəmi intizardasiz ? .
Yadigər möhürdü məktəb illərə ,
Əbədi məramdı xoş könüllərə ,
Zamanın hökmüdü keçən günlərə ,
Hər dəfə diləkdə arzulardasız ,
Dostlar , sizdəmi intizardasız ?.
Babadan qalanan od yerindədi ,
Tərk edən varsada yurd yerindədi ,
Hərə bir tərəfdə uzaq eldədi ,
Xəbər yox , çətində ya da dardasız ,
Dostlar , sizdəmi intizardasız ?.
Rövşənəm qürbətdə yarı
BU HƏYAT
Səcdə edək bu günə bu dövrana ,
Nə olsada ömrün təmənnasıdı ,
Zəhmət edib taqətini yorana ,
Odur bəxti güzgüsü aynasıdı ,
Kimə şəndi kimə qəmdi bu həyat ,
Zilə zildi bəmə bəmdi bu həyat ,
Zamanına san ki , dəmdi bu həyat ,
İqbalına taleyin əsnasıdı .
Çox arzular uzaq olub yan keçib ,
Ümidlərlə səhər olub dan keçib ,
Xəyallardan şöhrət və ad san keçib ,
Hərənin bir maraqlı dünyasıdı
Bəzən olur düyün olur ilmələr ,
Dilimizdə söylənir çox kəlmələr ,
Sızlayanda könüllərdə nəğmələr ,
Necə deyim qəlbimin dühasıdı .
Asan deyil ər oğlanlar ər sinə ,
Nə qədər ki , işi getsə tərsinə ,
Rövşən isə , şeytanlar fitnəsinə ,
Əyiləsi , nə də ki sınasıdı .
Rövşən Mirzəxanlı.
¹
İSTƏRƏM
Çatmasam həyatda hər bir arzuma ,
Qəlbimin içindən dilək istərəm .
Bərəkət demişəm gələn ruzuma ,
Dəyər qiymətini bilək , istərəm.
Həyatla dövr edir dünən indimiz ,
Ömrümüz aylara günə bəndimiz ,
Olsa başımızda bəla dərdimiz ,
Dağıdıb yox edən külək, istərəm.
Başdan küt düşməsə maya kündəmiz ,
Olardı hamıda vicdan tər- təmiz ,
Üzü qibləyədi onsuz yöndəmiz ,
Kim kimə gəlməsin kələk, istərəm .
Nələr görünürsə , gözün önündə ,
Çəkinmə nalayiq sözün önündə ,
Baş əyək haqqın və düzün önündə ,
Ümumi bir fikrə gələk , istərəm
Acizlik , durğunluq gör nə qədərdi
Çün seçmək olmayır namərdi , mərdi ,
Nə qədər olsada bu dünya dərdi ,
Çox da ağlamayaq , gülək istərəm
Rövşən Mir
TÜRKİYƏ
Tarixdə sən mənə dayaq olmusan ,
Yoluma çil -çıraq mayak olmusan,
Hər bir düşmənimə oyaq olmusan ,
Qürurum qüvvətim qanım Türkiyə .
Doğmadır bizlərə münasıbətin ,
Duyulur israrla xoş aqibətin ,
Ancaq olmayaydı bu müsibətin ,
Sən mənim millətim , canım Türkiyə .
Gözündə parlayır hiddət vəl -vələ ,
Ağlarıq dərdini biz bilə - bilə ,
Əyməsin qəddini qoy bu zəl- zələ ,
Hər zaman oduna yanım , Türkiyə
Rövşən Mirzəxanlı .