Ünvansız şeir Getmisən - Xəbəri eşitdim,ürəyim yatdı, Xəbərsiz gedişin, dünyanı qatdı. Sevincim dəryada, boğulub batdı, Evimi ay zalım ,yıxıb getmisən. - Dərdini mənimlə, bölə bilərdin. Bu eşqdən yanımda, ölə bilərdin. İstəsən insafa, gələ bilərdin. Şəhəri tərk edib, çıxıb getmisən. - Əgyarın sözüylə, oturub durdun. Qəlbimə yüz yerdən, sən yara vurdun. Mən hardan biləydim, min hiylə qurdun. Qəlbimi sən belə, sıxıb getmisən. - Bəxtiyar Qarabaglı Nur Şəhəri 2024
İndi gəl yaşa görüm - Dünyanı, yalan gördüm. Canları alan gördüm. Məzlumu nalan gördüm. İndi gəl yaşa görüm. - Namərd kəs özün öyür, Fağıırı hələ söyür, Sinəsinə, çox döyür, İndi gəl yaşa görüm. - Dərd ürəkdə, ox olub, Haqq-ədalət ,yox olub, Zalım insan, çox olub, İndi gəl yaşa görüm. - Hər gün alır, dərd canı, Zalımlar, tökür qanı, Bəxtiyar ,sən dünyanı, İndi gəl yaşa görüm. - Müəllif-Bəxtiyar Qarabaglı Nur Şəhəri 2024
Dünyadır - Atlını atından,salıb gedəndir. Gör neçə canları,alıb gedəndir. Heç kim baş açmırki,hər nə edəndir. İnanma ay qardaş yalan dünyadır. - Fələklə əl-ələ verib ev yıxır. Ürəyə dərd verib qəlbini sıxır. Bu zalım hər kəsin sonuna çıxır. Qəlbləri ilan tək çalan dünyadır. - Bəxtiyar aldanıb,girmə oyuna. Çalışıb düşmə sən,onun oynuna. Olmayan günahı,alma boynuna. Özü özlüyündə,talan dünyadır. - Müəllif-Bəxtiyar Qarabaglı Nur Şəhəri 2024